Kamboca və Tailandda gedən döyüşlər səbəbindən təxminən bir milyon vətəndaş təxliyə edilib
Digər ölkələr
- 21 dekabr, 2025
- 09:26
Sərhəd bölgəsində baş verən döyüşlər səbəbindən təxminən bir milyon Kamboca və Tailand vətəndaşı təxliyə edilib.
"Report"un məlumatına görə, Kamboca Daxili İşlər Nazirliyi Tailandla sərhəddəki toqquşmalar nəticəsində 518 mindən çox vətəndaşın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Nazirliyin açıqlamasında deyilir: "Hazırda qadınlar və uşaqlar da daxil olmaqla yarım milyondan çox kambocalı Tailandın F-16 qırıcı təyyarələrinin atəşindən, raketlərindən və hava bombardmanından qaçmaq üçün evlərini və məktəblərini tərk etmək məcburiyyətində qaldıqları üçün ağır çətinliklərlə üzləşirlər".
Eyni zamanda, Tailand hakimiyyəti Kamboca ilə sərhəd bölgəsindən 400 mindən çox vətəndaşın təxliyə edildiyini bildirib.
Son xəbərlər
19:26
Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib
Futbol19:18
Foto
Parisdə yerləşən Azərbaycan dili məktəbində Yeni il bayramı qeyd olunub
Mədəniyyət siyasəti19:03
Azərbaycana qış fəsli daxil olub
Daxili siyasət18:53
İsrail Qəzza zolağının şimalına yeni aviazərbələr endirildiyini açıqlayıb
Digər ölkələr18:43
Lukaşenko: 2026-cı ildə Aİİ-yə sədrlik Qazaxıstana keçəcək
Digər ölkələr18:27
Beyləqanda ötən ay törədilmiş qətlin üstü açılıb
Hadisə18:20
Suriyada İŞİD qruplaşmasının terrorçuları saxlanılıb
Digər ölkələr18:06
Foto
Bakıda 21 istiqamətdə tıxac var
İnfrastruktur17:50