Kallas: Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən gəmidə yoxlama aparılıb
- 31 avqust, 2026
- 17:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Aralıq dənizində Rusiyanın "kölgə donanması" ilə əlaqəli altıncı gəmidə yoxlama aparıb.
"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, avqustun 30-da Aralıq dənizində Aİ-nin əməliyyatı çərçivəsində beynəlxalq dəniz hüququnu pozmaqda şübhəli bilinən "MV SUN" tankerində yoxlama aparılıb.
Onun sözlərinə görə, "EUNAVFOR MED IRINI" qüvvələri gəminin bayrağını yoxlayır.
Kallas qeyd edib ki, bu, son aylar ərzində Aİ bölmələrinin göyərtəsinə qalxdığı, Rusiyanın "kölgə donanması"na məxsus olması ehtimal olunan artıq altıncı gəmidir.
"Kölgə donanması" gəmilərindən qanunsuz neft satışı Rusiyanın Ukraynadakı müharibəsi üçün ən mühüm təchizat kanalıdır və biz bunun qarşısını almağa davam edəcəyik", - Avropa diplomatiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, "kölgə donanması"na qarşı mübarizə Aİ müdafiə nazirlərinin çərşənbə axşamı İrlandiyada keçiriləcək görüşündə müzakirə mövzularından biri olacaq.