Kallas: Qırmızı dənizdəki Aİ missiyası dəniz dəhlizinin açıq qalmasını təmin etməyə hazırdır

Digər ölkələr
  • 28 fevral, 2026
  • 14:08
Kallas: Qırmızı dənizdəki Aİ missiyası dəniz dəhlizinin açıq qalmasını təmin etməyə hazırdır

Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki missiyası yüksək hazırlıq vəziyyətindədir və dəniz dəhlizinin açıq qalmasının təmin edilməsinə kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kallas qeyd edib ki, Yaxın Şərqdəki hadisələr ciddi təhlükə yaradır. "Mən İsrailin xarici işlər naziri (Gideon - red.) Saar və regionun digər nazirləri ilə danışdım. Aİ həmçinin diplomatik yollar tapmaq üçün ərəb tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Mülki əhalinin qorunması və beynəlxalq humanitar hüquqa riayət edilməsi prioritetdir. Bizim konsulluq şəbəkəmiz Aİ vətəndaşlarının ölkədən çıxmasına fəal şəkildə kömək edir. Aİ-nin ikinci dərəcəli heyəti regiondan çıxarılır. "Aspides" dəniz missiyası Qırmızı dənizdə yüksək hazırlıq vəziyyətindədir və dəniz dəhlizinin açıq qalmasının təmin edilməsinə kömək etməyə hazırdır", - o bəyan edib.