Kallas: Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq

Digər ölkələr
  • 24 fevral, 2025
  • 17:59
Kallas: Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq
Kaya Kallas

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz mühüm qərar qəbul etdik - 16-cı sanksiyalar paketini təsdiq etdik və 17-ci paket üzərində işləməyə davam edəcəyik", - o qeyd edib.

44 filmi