Kaliforniyada təyyarə evlərin üzərinə düşüb: 1 ölü, 5 yaralı

Digər ölkələr
  • 28 fevral, 2017
  • 03:10
Kaliforniyada təyyarə evlərin üzərinə düşüb: 1 ölü, 5 yaralı

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarənin yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 1 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yanğınsöndürənlərə istinadən "Associated Press" məlumat yayıb.

"Cessna 310" tipli təyyarə Riversayd şəhər aeroportundan havaya qalxdıqdan bir qədər sonra iki evin üzərinə düşüb.