Kaliforniyada məktəblilərə atəş açan şagird ölüb

Digər ölkələr
  • 16 noyabr, 2019
  • 02:38
Kaliforniyada məktəblilərə atəş açan şagird ölüb

ABŞ-ın Kaliforniya ştatında məktəblilərə atəş açan şagird ölüb.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti Los Anceles dairəsinin polis şerifi Aleks Vinnauevə istinadən məlumat yayıb.

Bildirilir ki, o, özü özünə açdığı atəş zamanı aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd edək ki, Kaliforniyada atışma zamanı 2 nəfər həlak olub, daha 3 nəfər xəsarət alıb.  

Hadisə Santa-Klarita şəhərində, "Saugus High School"da olub. Atışma zamanı 1415 yaşlı iki qız, habelə 14 yaşlı iki yeniyetmə oğlan müxtəlif dəcərəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.