Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib

Digər ölkələr
  • 18 dekabr, 2017
  • 07:07
Kabildə Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum edilib
EPA

Bakı. 18 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Kabildə yerləşən Əfqanıstan Kəşfiyyat İdarəsinin təlim mərkəzinə hücum ediblər.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Direktoratlığının binasına yaxınlıqda tikilən binadan atəş açıldığı bildirilir.

Hadisə yerində təhlükəsizlik qüvvələri gəlib, atışma davam edir.

Ölnə və yaralananlar barədə məlumat yoxdur.

"Khaama Press" agentliyi isə şəhərdə partlayış olduğunu və ardından atışma səsləri eşidildiyini bildirib.