Kabildə baş verən partlayışda ölənlərin sayı 60 nəfərə çatıb
Digər ölkələr
- 24 aprel, 2018
- 20:29
Bakı. 25 aprel. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda ölənlərin sayı 60 nəfərə çatıb.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "TOLOnews" telekanalına ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı 129 nəfər xəsarət alıb. Terror aktı nəticəsində azı 9 uşaq həlak olub, daha 18 azyaşlı yaralanıb.
Hadisə terrorçu-kamikadze tərəfindən paytaxtın Daşt-e-Barçi rayonunda törədilib. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
Daha əvvəl terror aktı zamanı 57 nəfərin həlak olduğu, 119 nəfərin yaralandığı bildirilirdi.
Son xəbərlər
21:55
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr21:47
Türkiyədə yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib
Region21:25
Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var
Hadisə21:15
AVRO-2026: Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub edib
Komanda21:11
Foto
Daşkənddə Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib
Biznes20:56
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə20:34
Sabirabadda minik avtomobili motosikletlə toqquşub, ölən var
Hadisə20:28
Azərbaycan Premyer Liqasında II tura start verilib
Futbol20:26