Jozef Aun: "Hizbullah"ın döyüş əməliyyatlarına qadağa Livanın qəti qərarıdır
- 03 mart, 2026
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Livan Prezidenti Jozef Aun "Hizbullah"ın hərbi fəaliyyətinə qoyulan qadağanın ölkənin suveren və qəti qərarı olduğunu bildirib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bəyanat Livanın Baş naziri Nəvaf Salamın "Hizbullah"ın Yaxın Şərqdəki döyüş əməliyyatlarında iştirakını qanunsuz adlandırmasından bir gün sonra verilib.
"Dünən Nazirlər Şurasının müharibə və sülh barədə qərar qəbul etmək üzrə müstəsna hüququn Livanda saxlanılması və müdafiə və təhlükəsizlik sahəsində qanun çərçivəsindən kənar fəaliyyətin qadağan edilməsi haqqında qəbul etdiyi qərar suveren və qəti qərardır", - J.Aun deyib.
O həmçinin qeyd edib ki, Nazirlər Şurası orduya və təhlükəsizlik qüvvələrinə bu qərarın Livanın bütün regionlarında icrasını təmin etməyi tapşırıb.