Josep Borrelin adı dələduzluqda hallandırılır

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 17:37
Josep Borrelin adı dələduzluqda hallandırılır

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Josep Borrelin dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib.

"Report"un Avropa bürosunun məlumatına görə, Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib.

Hipper davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.

Bununla belə, müxtəlif mənbələr iddia edir ki, gənc diplomatların hazırlanması üçün tender məlumatlarının Avropa Kollecinə ötürülməsi ilə bağlı əməliyyat çərçivəsində EEAS-ın üç əməkdaşı saxlanılıb.

Eyni zamanda, müxtəlif mənbələr iddia edirlər ki, gənc diplomatların hazırlanması üçün tender haqqında məlumatların Avropa Kollecinə ötürülməsi ilə bağlı üç əməkdaş saxlanılıb. Media məlumatlarına görə, reydlər səhər tezdən Aİ-nin diplomatik xidmət ofislərində və Brüggedə yerləşən Avropa Kollecində keçirilib. Əməliyyat Avropa Prokurorluğunun (EPPO) rəhbərliyi altında aparılır, reydləri isə Belçika polisi həyata keçirib.

Avropa Dələduzluqla Mübarizə Bürosu (OLAF) daha əvvəl 2021-2022-ci illərdə, yəni EEAS-a Jozep Borrellin rəhbərlik etdiyi dövrdə Aİ büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi şübhələri ilə bağlı inzibati yoxlamalar aparıb.

İstintaq, Avropa Kollecinin EEAS tərəfindən maliyyələşdirilən və Brüggedə yerləşən Avropa diplomatlarının illik təlim proqramı olan Aİ Diplomatik Akademiyasının yerləşdirilməsi və idarə edilməsi üçün tender haqqında məxfi məlumatlara əvvəlcədən çıxış əldə edib-etmədiyini araşdırır.

Xüsusi diqqət, müəssisənin maliyyə çətinliklərinə baxmayaraq, Avropa Kollecinin 2022-ci ildə gələcək tələbələrin yaşaması üçün təxminən 3,2 milyon avro dəyərində yaşayış binasını almasına yönəldilib. Eyni tenderin nəticələrinə əsasən, kollec Aİ-dən təxminən 654 min avro maliyyələşdirmə alıb.

Hazırda Avropa Kollecinə rektor Federika Mogerini rəhbərlik edir ki, o da Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş Ali Nümayəndəsidir.

Daha əvvəl verilən məlumata görə, Avropa İttifaqının Brüsseldəki diplomatik xidmətinin qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb. Digər saxlanılan şəxs Aİ diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino olub.

Son xəbərlər

Bütün Xəbər Lenti