İtaliya XİN: Aİ ABŞ mallarına 21 milyard avro məbləğində rüsum tətbiq edə bilər
- 14 iyul, 2025
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Brüssel və Vaşinqton arasında razılaşma əldə edilməyəcəyi təqdirdə ABŞ mallarına 21 milyard avro məbləğində rüsum tətbiq etməyə hazırdır.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bildirib.
"Böyük Britaniyanın etdiyi kimi prinsipial razılaşmaya nail olmaq və növbəti aylarda ayrı-ayrı ticarət bölmələri üzrə texniki danışıqlara başlamaq mümkündür", - o, “Il Messaggero” qəzetinə müsahibəsində bildirib.
A.Tayani əlavə edib ki, əgər razılaşma əldə olunmasa, Aİ ABŞ mallarına 21 milyard avro məbləğində rüsum tətbiq etməyə hazırdır: "Mən əminəm ki, irəliləyiş əldə olunacaq. Rüsumlardan hər kəs əziyyət çəkir. Gələcək üçün hədəfimiz sıfır tariflər, Kanada, ABŞ, Meksika və Avropa arasında açıq bazardır".