İtaliya İspaniya ilə vizasız rejimin dayandırılmasını daha 15 gün uzadıb

Digər ölkələr
  • 15 sentyabr, 2026
  • 17:40
İtaliya İspaniya ilə vizasız rejimin dayandırılmasını daha 15 gün uzadıb

İtaliya İspaniya ilə vizasız rejim haqqında sazişinin fəaliyyətinin dayandırılmasını daha 15 gün uzatmaq qərarına gəlib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Qərar daxili təhlükəsizlik üçün davam edən əhəmiyyətli risklər, habelə terrorçuların sızması potensial təhlükəsi nəzərə alınaraq qəbul edilib", - nazirlik bildirib.

İlkin olaraq İspaniya ilə Şengen sazişi çərçivəsində vizasız rejimin fəaliyyətinin 30 gün müddətinə dayandırılması qərarı iyulun 31-də, həmin gün Mərakeşdən İspaniyanın Seuta anklavının ərazisinə miqrant axını daxil olduqdan sonra qəbul edilib. Sərhədi 70 mindən çox insan keçib. Daha sonra İtaliyanın DİN-i bu qərarı 15 gün uzadıb.

44 - Tezliklə