İsveçrə Rusiya, Moldova və Belarusla bağlı sanksiya siyahısını genişləndirib - YENİLƏNİB
- 12 avqust, 2025
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveçrə Avropa İttifaqının ardınca Moldova və Belarusdan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə İsveçrə hökumətinin məlumatında deyilir.
"İsveçrə Aİ-nin iyulun 15-də Moldovaya və iyulun 18-də Belarusa qarşı tətbiq etdiyi siyahılara əlavələr edib", - məlumatda qeyd olunub.
Moldovadan olan 7 fiziki və 3 hüquqi şəxsə qarşı tədbirlərə aktivlərin dondurulması və iqtisadi resursların verilməsinə qadağa daxildir.
Belarus hərbi-sənaye kompleksinin 8 şirkətinə də qarşı oxşar tədbirlər tətbiq edilib.
16:33
İsveçrə Avropa İttifaqının (Aİ) ardınca Rusiyadan olan 14 fiziki və 41 hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.