İsveçrə Cənubi Qafqazda sülh və sabitliyi dəstəklədiyini bəyan edib

Digər ölkələr
  • 15 oktyabr, 2026
  • 11:38
İsveçrə Cənubi Qafqazda sülh və sabitliyi dəstəklədiyini bəyan edib

İsveçrə Cənubi Qafqaz regionunda sülh və sabitliyin dəstəklənməsinə sadiq qalır.

"Report"un məlumatına görə, bunu İsveçrənin XİN rəhbəri İqnasio Kassis Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşünün yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.

"İkitərəfli münasibətlərin, xüsusən iqtisadi əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə dair yollar müzakirə edilib", - məlumatda bildirilib.

Bundan əlavə, nazirlər Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə fikir mübadiləsi aparıblar, həmçinin 2026-cı ildə İsveçrənin ATƏT-ə sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdilər.

"İsveçrə möhkəm sülhün və regional sabitliyin dəstəklənməsinə sadiq olaraq qalır", - o vurğulayıb.

44 - Tezliklə