İsveçdə sığınacaq axtaranlara daimi yaşama icazəsi verilməyəcək

Digər ölkələr
  • 09 iyun, 2026
  • 20:00
İsveçdə sığınacaq axtaranlara daimi yaşama icazəsi verilməyəcək

İsveç parlamenti sığınacaq axtaranlar üçün daimi yaşama icazələrinin ləğv edilməsi barədə qanuna düzəlişi dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə qanunverici orqanın press-relizində bildirilib.

"Parlament müdafiəyə ehtiyacı olan şəxslərə və İsveçdə daimi yaşayan şəxslərə, eləcə də onların qohumlarına daimi yaşama icazəsinin verilməsinin ləğv edilməsini ehtiva edən hökumət təklifinin lehinə səs verib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu, "sığınacaq verilməsi ilə bağlı immiqrasiyanın azaldılması hesabına inteqrasiya üçün daha yaxşı şəraitin yaradılması və sosial izolyasiyanın azaldılması" ilə bağlıdır. Daimi yaşama icazəsinin əvəzinə müvəqqəti yaşama icazəsi veriləcək.

Qanunvericiliyə edilən düzəlişlər 2026-cı il iyulun 12-də qüvvəyə minəcək.