İsveçdə çovğun 3 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
- 28 dekabr, 2025
- 23:15
İsveçdə Skandinaviyanı bürüyən güclü qar fırtınası nəticəsində 3 nəfər ölüb.
"Report"un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, pis hava şəraiti nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Təbii fəlakətin qurbanlarından biri ölkənin cənubundakı Kungsberget xizək kurortunda ağacın üstünə aşması nəticəsində ölən 50 yaşlı kişi olub. İkinci qurban isə Hemab regional enerji şirkətinin əməkdaşı olub və o, çöldə işləyərkən dünyasını dəyişib. Üçüncüsü isə 60 yaşlı kişidir, onu da yıxılan ağac öldürüb.
Bundan əlavə, İsveçdə 40 mindən çox ev işıqsız qalıb. Çovğuna görə Skandinaviyanın bəzi bölgələrində çoxsaylı reysləri ləğv edib, qatar və bərə xidmətlərini dayandırıb.
Son xəbərlər
21:39
Türkiyə MTŞ: Qara dəniz və Xəzər dənizi münaqişə zonasına çevrilməli deyil - YENİLƏNİB-2
Region21:21
"Kəpəz" yeni stadionunda ilk oyununa çıxıb
Futbol21:19
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
Digər ölkələr21:14
Video
UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda hesabda geriyə düşüb - YENİLƏNİR
Futbol21:00
Türkiyədə FETÖ üzvü olmaqda təqsirli bilinən ehtiyatda olan polkovnik saxlanılıb
Region20:58
Rusiyanın Ukraynada "Ukrpoçta" deposuna endirdiyi zərbə nəticəsində iki nəfər ölüb
Digər ölkələr20:51
Ceyhun Bayramov Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar barədə məlumatlandırıb - YENİLƏNİB
Xarici siyasət20:46
Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə ediblər
Xarici siyasət20:39