İsrailli nazir ölkəsinin Ukraynaya hərbi yardım göstərməsinin tərəfdarıdır
Digər ölkələr
- 16 oktyabr, 2022
- 19:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“İsrail ABŞ və digər NATO ölkələrindən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməyə başlamalıdır”.
“Report” xəbər verir ki, bunu İsrailin Diaspor İşləri naziri Naxman Şey tviterdə yazıb.
“Bu səhər xəbər verildi ki, İran Rusiyaya ballistik raketlər ötürür. Artıq İsrailin bu qanlı münaqişədə hansı tərəfdə dayanacağına heç bir şübhə yoxdur. ABŞ və NATO ölkələrinin verdiyi kimi, Ukraynanın da İsraildən hərbi yardım almasının vaxtı çatıb”, - o, qeyd edib.
Qeyd edək ki, İsrail dövləti indiyədək Ukraynaya hərbi yardım göstərməyib və bu ölkəyə humanitar yüklərin göndərilməsi, eləcə də hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş ukraynalılara tibbi yardım göstərməklə məhdudlaşıb.
Son xəbərlər
16:18
Zelenski: Avropa Rusiya və Ukrayna arasındakı danışıqların daimi iştirakçısı olmalıdır
Digər ölkələr
16:15
Foto
Naxçıvanda dövlət strukturlarının informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib
İKT
16:13
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinin direktoruna "Əməkdar Tbilisili" fəxri adı verilib
Mədəniyyət siyasəti
16:09
Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı qanuna düzəlişləri təsdiqləyib
Region
16:06
Foto
Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirilib
Hadisə
16:06
AFFA-nın aşağı yaş qruplarında 4 komanda texniki məğlubiyyətlə cəzalandırılıb
Futbol
16:04
Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
İnfrastruktur
16:04
Makron: Avropa Rusiya ilə dialoqda təşəbbüsü yenidən öz üzərinə götürməlidir
Digər ölkələr
16:03
Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb
Futbol