İsrailin Rusiyadakı səfiri: HƏMAS uzaqmənzilli raketlərdən istifadə edir

Digər ölkələr
  • 13 oktyabr, 2023
  • 20:01
İsrailin Rusiyadakı səfiri: HƏMAS uzaqmənzilli raketlərdən istifadə edir

HƏMAS Qəzza zolağından İsrailin şimalına uzaqmənzilli raketlərlə hücum edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi deyib.

“Sözün əsl mənasında bayaq ölkənin şimalına Qəzza zolağından raketlər atılıb. Yəni uzaqmənzilli raketlər. Xoşbəxtlikdən, biz onları vura bilirik”, - diplomat bildirib.

“Hansı ölkə bu qədər vətəndaşın öldürüldüyü, 5-6 min raketin atıldığı bir vaxtda hərəkətsiz qalar. Bizim dövlət olaraq bizim məsuliyyətimiz əhalimizi qorumaqdır. Biz bunu edəcəyik”, – səfir qeyd edib.

44 - Tezliklə