İsrailin BMT-dəki diplomatları sinələrinə sarı ulduz taxıblar - FOTO
- 31 oktyabr, 2023
- 02:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan Təhlükəsizlik Şurasının iclasında pencəyinin üzərində nasist Almaniyasında yəhudilərin taxmaq məcburiyyətində qaldıqları altı guşəli sarı ulduz taxaraq iştirak edib.
“Report” xəbər verir ki, Erdan bəzi ölkələri son 80 ildə heç nə öyrənməməkdə və BMT-nin nə üçün yaradıldığını unutmaqda ittiham edib. Bununla bağlı diplomat bildirib ki, bütün İsrail nümayəndə heyəti sarı ulduz geyinəcək.
Erdan bildirib ki, BMT HƏMAS-ın vəhşiliklərini pisləyənə və girovların dərhal azad edilməsini tələb edənə qədər israillilər sarı ulduzları taxacaqlar:
“Bu gündən etibarən hər dəfə mənə baxanda, şər qarşısında susmağın nə demək olduğunu xatırlayacaqsan. Nənəm, babam və milyonlarla yəhudinin baba və nənəsi kimi komandam və mən sarı ulduzlar taxacağıq. Siz HƏMAS-ın vəhşiliklərini pisləyənə və girovlarımızın dərhal azad edilməsini tələb etməyənə qədər biz ulduzları taxacağıq”.
Qeyd edək ki, nasist Almaniyası dövründə bəzi insanlar paltarlarına sarı ulduz taxmaq məcburiyyətində idilər. Sarı ulduz onların yəhudi olmasını göstərirdi.