İsraildə kimya zavoduna raket parçası düşüb, yanğın baş verib
- 30 mart, 2026
- 02:48
İsrailin cənubundakı kimya zavodunda raket parçasının düşməsindən sonra yanğın baş verib.
"Report"un "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, bu barədə İsrailin ətraf mühitin mühafizəsi naziri İdit Silman bildirib.
Onun sözlərinə görə, təhlükəli maddə sızıntısı aşkarlanmayıb. "Təhlükəli maddə sızıntısı və ya ictimaiyyət üçün heç bir təhlükə aşkar edilməyib", - nazir bildirib.
Silman qeyd edib ki, ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər hadisə yerini yoxlayıb və lazımi nümunələri götürüblər, bundan sonra ictimaiyyət üçün hər hansı risk aşkar edilməyib. "Yoxlamaların və təkrar sınaqların nəticələrinə əsasən yolların yenidən açılması və normal fəaliyyətə qayıtmasına qərar verilib", - o əlavə edib.
"The Times of Israel" qəzetinin məlumatına görə, zədələnmiş zavod Çinin "Syngenta" korporasiyasının törəmə şirkəti olan ADAMA-ya məxsusdur. Zavod insektisidlər, herbisidlər və funqisidlər də daxil olmaqla, kənd təsərrüfatı üçün kimyəvi maddələr istehsal edir.