İsrail XİN: “Son 8 gündə 100-dən çox yük maşını Qəzzaya humanitar yardım çatdırıb”

Digər ölkələr
  • 30 oktyabr, 2023
  • 12:33
İsrail XİN: “Son 8 gündə 100-dən çox yük maşını Qəzzaya humanitar yardım çatdırıb”

Son 8 gün ərzində Qəzza zolağına 100-dən çox yük maşını humanitar yardım çatdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövr ərzində Qəzzaya 108 yük maşını humanitar yardım aparılıb.