İsrail səfiri: “Əcnəbi hərbçilərin əməliyyatlarımızda iştirakına icazə vermirik”

Digər ölkələr
  • 27 oktyabr, 2023
  • 21:34
İsrail səfiri: “Əcnəbi hərbçilərin əməliyyatlarımızda iştirakına icazə vermirik”

“İsrail başqa dövlətlərdən olan hərbçilərin onun əməliyyatlarında iştirakına icazə vermir”.

"Report"un məlumatına görə, bunu İsrailin Fransadakı səfiri Rafael Morav "Europe 1" radiostansiyasının efirində deyib.

"İsrail həmişə düşmənləri ilə təkbaşına mübarizə aparıb və belə də davam edəcək. Heç vaxt bizə xarici qoşunların göndərilməsi şəklində yardım istəməmişik. Fransa qoşunlarının İsrailə və ya Qəzza zolağına göndərilməsindən söhbət gedə bilməz", - diplomat vurğulayıb. O, Paris istəsə belə, Fransa Silahlı Qüvvələrinin hər hansı bir əsgərinin iştirakını istisna edib.

Eyni zamanda, İsrailin diplomatik missiyasının rəhbəri “Fransa ilə kəşfiyyat və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə məsələlərində əməkdaşlığı” güman edir. “Terrorçuluğun maliyyələşdirilməsi baxımından, xüsusən kriptovalyutaların istifadəsi kontekstində hələ çox iş görülməlidir”, - səfir bildirib.

44 - Tezliklə