İsrail ordusu Rəfahdan atılan iki mərminin qarşısını alıb

Digər ölkələr
  • 12 may, 2024
  • 14:18
İsrail ordusu Rəfahdan atılan iki mərminin qarşısını alıb

İsrail hərbçiləri Qəzza zolağı ilə sərhədə yaxın Kerem Şalom kəndi istiqamətində mərmi atışı qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, anklavın cənubundakı Rəfah şəhərindən İsrailə doğru mərmi atılıb.

Hər ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən alınıb.

Ordunun verdiyi məlumata görə, tələfat və maddi ziyan barədə məlumat yoxdur.