İsrail ordusu: Qəzzada saxlanılan 17 girov Qırmızı Xaça təhvil verilib

Digər ölkələr
  • 26 noyabr, 2023
  • 17:31
İsrail ordusu: Qəzzada saxlanılan 17 girov Qırmızı Xaça təhvil verilib

İsrail ordusu Beynəlxalq Qızıl Xaç Komitəsindən əməkdaşların Qəzza zolağında saxlanılan 17 nəfərlik girovları qəbul etdiyinə dair təsdiq alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata əsasən, 14 israilli girov və 3 əcnəbi girov Qırmızı Xaça təhvil verilib”, – məlumatda deyilib.