İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib
Digər ölkələr
- 25 aprel, 2026
- 01:05
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimal hissəsində Fələstinin HƏMAS hərəkatının bir neçə silahlı üzvünü məhv etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, radikallar İsrail hərbçilərinin mövqeləri yaxınlığında müşahidə ediliblər.
"İMQ döyüşçüləri Qəzza zolağının şimalında İsrail qüvvələrinin yerləşdiyi əraziyə bilavasitə yaxınlıqda olan HƏMAS silahlılarını aşkar ediblər. Təhlükəni zərərsizləşdirmək məqsədilə onlara hava zərbəsi endirilib", - deyə İMQ-dən bildirilib.
Hərbi qurum həmçinin vurğulayıb ki, yüksək dəqiqlikli silahların və hava kəşfiyyatının tətbiqi sayəsində zərbə endirilməzdən əvvəl dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün addımlar atılıb.
Son xəbərlər
14:36
İran ABŞ hərbçilərinin başına mükafat qoyub
Region14:22
Ukrayna Rusiyanın iri neft emalı zavodlarına və müdafiə obyektlərinə zərbələr endirib
Digər ölkələr14:05
Türk ölkələri arxeoloji irsin vahid rəqəmsal bazasını yaradır
Region14:02
Foto
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
Fərdi14:00
Foto
Video
Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Hərbi13:50
Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 26 dərəcə olacaq
Ekologiya13:44
Media: Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ilk dəfə Britaniya dronlarından istifadə edib
Digər ölkələr13:27
Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib
Hərbi13:20