İsrail Ordusu: Qəzza şəhərini 550 min nəfərdən çox sakin tərk edib
- 22 sentyabr, 2025
- 00:46

Qəzza şəhərini 550 mindən çox sakin tərk edib.
"Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti xəbər yayıb.
"Bu günədək 550 mindən çox mülki şəxs Qəzza şəhərini tərk edərək cənuba köçüb. Eyni zamanda, 162, 98, 36-cı diviziyalar Qəzza şəhərinə girişlərini başa çatdırıb və şəhərdəki HƏMAS qalalarında fəaliyyətə başlayıblar", - açıqlamada deyilir.
Ordudan bildirilib ki, HƏMAS-ın mülki əhalinin cənubda hərəkətinə mane olmaq və mülki əhalidən terror fəaliyyəti üçün canlı qalxan kimi istifadə etmək" cəhdləri aşkarlanıb. "İsrail Ordusu Xan Yunisdə humanitar zonanın yaradılmasını da elan edib", - mətbuat xidməti əlavə edib.
"İsrailin Müdafiə Ordusu Qəzzada mülki şəxsləri təhlükəsizliklərini təmin etmək üçün rəsmi təlimatlara əməl etməyə və təhlükəli olaraq təyin olunmuş ərazilərdən qaçmağa çağırır", - ordunun mətbuat xidməti açıqlamanı yekunlaşdırıb.