İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirib

Digər ölkələr
  • 02 mart, 2026
  • 06:50
İsrail ordusu Livandakı Hizbullah hədəflərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livandakı "Hizbullah" hərəkatının hədəflərinə zərbələr endirməyə başlayıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, Livana endirilən zərbələr "Hizbullah"ın İsrailin şimalına raket atəşinə cavab olaraq həyata keçirilib.