İsrail ordusu Livanda PUA hücumu planlaşdıran yaraqlıları zərərsizləşdirib

Digər ölkələr
  • 18 iyul, 2026
  • 22:01
İsrail ordusu Livanda PUA hücumu planlaşdıran yaraqlıları zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda İsrail qüvvələrinin yerləşdiyi mövqelərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməyi planlaşdıran "Hizbullah" yaraqlılarını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri 36-cı diviziyanın komandanlığı altında fəaliyyət göstərən "Kommandos" briqadası döyüşçülərinin dəstəyi ilə Livanın cənubunda təhlükəsizlik zonasının yaxınlığında gizlənən və partlayıcı quraşdırılmış dronlardan istifadə edən "Hizbullah" üzvlərini aşkar edib. Yaraqlılar Təbnit kəndində İsrail qüvvələrinin yerləşdiyi əraziyə partlayıcılı PUA buraxıblar və endirilən cavab aviazərbəsi nəticəsində zərərsizləşdiriliblər", - bəyanatda deyilir.

44 - Tezliklə