İsrail SEPAH-ın yüksək rütbəli hərbçisinin öldürüldüyünü təsdiqləyib - YENİLƏNİB
- 03 mart, 2026
- 22:38
İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi hərbi qüvvələrinin Livan korpusu komandirinin səlahiyyətlərini icra edən Davud Əlizadəni öldürüblər.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilib ki, o, İsrail Hərbi Hava Qüvvələrinin dəqiq zərbəsi nəticəsində öldürülüb. Qeyd olunub ki, Davud Əlizadə əvvəlki komandir Həsən Məhdəvinin daha əvvəl İsrailin digər zərbəsi nəticəsində öldürülməsindən sonra "Qüds" qüvvələrinin Livan korpusunun komandiri vəzifəsini icra edirdi.
İsrail Müdafiə Ordusu Tehranda yüksək vəzifəli İran komandirinin öldürüldüyünü bəyan edib.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Tehranda yüksək vəzifəli İran komandirinin olduğu yerə zərbə endirib, ətraflı məlumat daha sonra veriləcək", - bəyanatda bildirilib.
İsrail mediasının məlumatına görə, hücum SEPAH-ın tərkibindəki Livan Korpusunun komandiri Davud Əlizadəyə edilib.