İsrail ordusu HƏMAS-a zərbələrdən sonra Qəzzada atəşkəs rejimini bərpa edib
Digər ölkələr
- 29 oktyabr, 2025
- 14:16
İsrail ordusu HƏMAS-ın onlarla hədəfinə irimiqyaslı zərbələrdən sonra Qəzzada atəşkəs rejiminin bərpa olunduğunu elan edib.
Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verir.
"Siyasi rəhbərliyin direktivinə uyğun olaraq və onlarla obyektin vurulduğu zərbələrdən sonra İsrail ordusu HƏMAS tərəfindən pozulmuş atəşkəs rejiminin təmin edilməsi üçün tədbirlərin bərpasına başlayıb", - hərbçilərin bəyanatında deyilir.
İsrail ordusu gecə və səhər saatlarında baş verən hücumlar zamanı Qəzzada HƏMAS və digər radikal qruplaşmaların 30-dan çox komandirinin öldürüldüyünü bildirib.
"İsrail Müdafiə Ordusu atəşkəs sazişinə riayət etməyə davam edəcək və hər hansı bir pozuntuya sərt cavab verəcək", - hərbçilər əlavə ediblər.
Son xəbərlər
08:17
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:12
Foto
ABŞ-də atışmada şübhəli bilinən şəxsin daha əvvəl orduda medalla təltif edildiyi məlum olub
Digər ölkələr07:38
ABŞ-nin hərbi təyyarəsi Venesuela yaxınlığında mülki təyyarə ilə toqquşmaq təhlükəsi ilə üzləşib
Digər ölkələr07:10
Türkiyədə yol qəzası olub, xəsarət alanlar var
Region06:47
Keçmiş məcburi köçkün: Bu gündən kəndimizdə rahat, azad yaşayacağıq
Daxili siyasət06:30
Foto
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət05:57
KİV: MKİ Himalay dağlarında plutonium generatorunu itirib
Digər ölkələr05:16
Mbappe Ronaldunun "Real Madrid"dəki tarixi rekorduna yaxınlaşıb
Futbol04:48