İsrail Müdafiə Qüvvələri: Qəzzanı 640 mindən çox insan tərk edib
Digər ölkələr
- 23 sentyabr, 2025
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Müdafiə Qüvvələri (IDF) yenidən Qəzza şəhərinin sakinlərinin təxliyəsinə çağırıb.
Bu barədə "Report" "Times of Israel"ə istinadən xəbər verir.
"Son hesablamalara görə, təxminən 640 min fələstinli artıq şəhəri tərk edib", – məlumatda bildirilib.
IDF-in genişmiqyaslı hücumundan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı. Mülki əhaliyə İsrailin Qəzzanın cənubunda təyin etdiyi humanitar zonaya təxliyə əmri verilib.
Son günlərdə fələstinlilərin bu bölgədən axını sürətlənib, çünki İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin dərinliklərinə doğru irəliləyir.
Xatırladaq ki, sentyabrın 9-da IDF planlaşdırılan hücumla əlaqədar Qəzza sakinlərini dərhal təxliyə olmağa çağırmışdı.
В ЦАХАЛ заявили, что город Газа уже покинули свыше 640 тыс. человек
Some 640,000 Palestinians believed to have fled Gaza City
Son xəbərlər
18:47
Nigeriyada silahlı hücumlar nəticəsində 60-dan çox insan ölüb
Digər ölkələr
18:43
Aleksandar Vuçiç ölüm təhdidləri aldığını açıqlayıb
Digər ölkələr
18:28
Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır
Digər ölkələr
18:26
Avropa Komissiyası Rusiya ilə ikitərəfli danışıqlardan imtina edib
Digər ölkələr
18:15
Foto
Türkmənistan və ABŞ siyasi-diplomatik dialoqu davam etdirmək niyyətindədir
Region
18:14
Huanq "Nvidia"nın rəhbəri vəzifəsinə qayıdıb
Digər ölkələr
18:12
Foto
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
Fərdi
18:11
Foto
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat imkanlarını genişləndirir
İnfrastruktur
18:07
Foto
Sarayevoda xeyriyyə yarmarkasında Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
Mədəniyyət siyasəti