İsrail Livandan atılan PUA-nı ələ keçirib
Digər ölkələr
- 01 may, 2026
- 12:35
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livan sərhədini keçərək ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisədən sonra müəyyən edilmiş protokollara uyğun olaraq Yuxarı Qalileya bölgəsində hava həyəcan siqnalları işə salınıb.
Daha əvvəl İsrail HHQ sərhədi keçməyə cəhd edən üç şübhəli hava hədəfini zərərsizləşdirib. Bu zaman həyəcan siqnalları işə düşməyib.
Bundan başqa, IDF-nin fəaliyyət göstərdiyi bölgədə aşkar edilmiş şübhəli hava hədəfinə qarşı daha bir zərərsizləşdrici qurğu yönəldilib. Əməliyyatın nəticələri hazırda dəqiqləşdirilir.
Son xəbərlər
10:28
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa ilə qarşılaşacaq
Futbol10:20
Foto
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Xarici siyasət10:19
Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib
Maliyyə10:14
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi baş verib
Futbol10:14
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 36 % artıb
Maliyyə10:11
Azərbaycanın bank sektorunun xalis mənfəəti 23 %-ə yaxın artıb
Maliyyə10:10
Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Maliyyə10:06
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Biznes10:06