İsrailin Livana PUA zərbəsi nəticəsində "Hizbullah"ın üzvləri ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 25 dekabr, 2025
  • 13:20
İsrailin Livana PUA zərbəsi nəticəsində Hizbullahın üzvləri ölüb - YENİLƏNİB

İsrail Hərbi Hava Qüvvələri PUA-larla Livanın şimalında yerləşən Hoş-es-Seyyid Əli yaşayış məntəqəsinə zərbələr endirib, nəticədə "Hizbullah" silahlı qruplaşmasının iki üzvü ölüb.

"Report" xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, həlak olanlar raket zərbəsinə məruz qalan avtomobildə olublar. Hər ikisi aldıqları yaralardan hadisə yerində ölüblər.

İsrail Müdafiə Ordusu Livanın şərqindəki Beka vadisində yerləşən Nasiriyyə şəhərindəki hədəfə hava zərbəsi endirib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir.

Qeyd olunub ki, zərbə Şin Bet təhlükəsizlik agentliyi ilə birgə Nasiriyyə şəhərində yaraqlılardan birinə endirilib. Lakin hərbçilər hədəfin hansı terror qrupuna aid olduğunu bildirməyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti