İsrail İranla barışmağın şərtini açıqlayıb
Digər ölkələr
- 11 yanvar, 2026
- 16:10
Etirazlardan sonra İran rəhbərliyi dəyişərsə, İsrail Tehranla tərəfdaşlıq əlaqələri qura bilər.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı bildirib.
"Biz İranın qəhrəman və cəsur vətəndaşlarının yanındayıq və (hakimiyyət dəyişikliyindən – red) sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gələndə İsrail və İran bir daha firavan və dinc bir gələcək qurmaqda sadiq tərəfdaşlar olacaqlar", - deyə o bildirib.
Bu gün səhər İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin ölkəyə hücum edəcəyi təqdirdə İranın İsrail və Amerika hədəflərinə zərbə endirəcəyi ilə hədələyib.
Son xəbərlər
06:48
Foto
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Daxili siyasət06:27
Xocavənd sakini: Şükür bu günə ki, yurdumuza qayıdırıq
Daxili siyasət06:07
"The Telegraph": Britaniyada yeni həbsxana sistem böhranı ilə üzləşib
Digər ölkələr05:39
Klyuçevskaya Sopka vulkanı yenidən püskürüb
Ekologiya05:27
İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr04:48
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sazişini dəstəkləyib
Digər ölkələr04:21
ABŞ-nin Asiyadakı sonuncu təyyarədaşıyan gəmisi Yaxın Şərqə gedir
Digər ölkələr03:54
ABŞ-də fırtına daşqınlara və insan ölümlərinə səbəb olub
Digər ölkələr03:19