İsrail "Hizbullah"ın obyektlərinə zərbə endirib
- 23 oktyabr, 2025
- 15:12

İsrail Müdafiə Qüvvələri (IDF) bir müddət əvvəl Livandakı Bekaa vadisinin şərq hissəsinə havadan zərbə endirdiyini təsdiqləyib.
Bu barədə "Report" "The Times of Israel"ə istinadən məlumat verir.
Hədəf "Hizbullah" döyüşçülərinin toplandığı təlim düşərgəsi və yüksək dəqiqlikli raketlər istehsal edən obyekt olub.
Hərbçilərin məlumatına görə, təlim düşərgəsi "Hizbullah" tərəfindən İsrailə qarşı hücumların planlaşdırılması üçün istifadə edilirdi.
IDF qeyd edib ki, "Hizbullah"ın Livanın şimalındakı hərbi obyektinə də zərbə endirib.
"Silahların saxlanılması, infrastrukturun mövcudluğu və İsrailə qarşı hərbi təlimlərin keçirilməsi İsrail və Livan arasında əldə olunan razılaşmaların kobud şəkildə pozulması və ölkə üçün təhdiddir", - hərbçilər bildiriblər.