İsrail hərbçiləri Qəzzada "Nuhba"nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib

Digər ölkələr
  • 30 avqust, 2026
  • 11:46
İsrail hərbçiləri Qəzzada Nuhbanın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib

İsrailin Müdafiə Ordusu Qəzza zolağının şimalında "Nuhba" xüsusi təyinatlı qüvvələrinin komandirinin və HƏMAS-ın bir yaraqlısının zərərsizləşdirildiyini açıqlayıb.

"Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Nuhba" komandiri Əbdül-Fəttah Əbu əl-Əiş 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarında iştirak edib. Zərbə zamanı Cabaliyədə həmçinin HƏMAS-ın hərbi qanadının əməliyyatçısı Raed Adel Alyan da zərərsizləşdirilib.

İsrail hərbçilərinin məlumatına görə, həmin şəxslər ordunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı bir sıra hücumlar həyata keçiriblər, həmçinin HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə cəhd göstəriblər və bununla da atəşkəsi sistematik pozublar.

44 - Tezliklə