İsrail HƏMAS-ın tərksilah edilməsində və anklavın demilitarizasiyasında israrlıdır

Digər ölkələr
  • 10 dekabr, 2025
  • 23:23
İsrail HƏMAS-ın tərksilah edilməsində və anklavın demilitarizasiyasında israrlıdır

İsrailin xarici işlər naziri Gideon Saar dekabrın 10-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

"Report"un İsrail mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdəki vəziyyəti, eləcə də cari gündəmi və Latın Amerikası və Afrikada birgə təşəbbüslər imkanlarını müzakirə ediblər.

Saar dövlət katibinə göstərdiyi dəstəyə və İsraillə uzunmüddətli dostluğa görə təşəkkür edib. Tərəflər həmçinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini və onun İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantla bağlı qərarlarını müzakirə ediblər.

Qəzza zolağındakı vəziyyətdən danışan israilli nazir vurğulayıb ki, Qüds Amerika lideri Donald Trampın planına uyğun olaraq HƏMAS-ın tərksilah edilməsində və anklavın demilitarizasiyasında israrlıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti