HƏMAS tapa bildiyi bütün girovların meyitlərini geri qaytardığını iddia edib - YENİLƏNİB-3
- 15 oktyabr, 2025
- 23:59

HƏMAS-ın hərbi qanadı öz öhdəliklərini yerinə yetirdiyini və bütün girovları İsrailə qaytardığını iddia edir.
"Report" xəbər verir ki, bu barədə AFP hərəkatın rəsmi bəyanatına istinadən məlumat yayıb.
"Qalan meyitlərin çıxarılması və daşınması xüsusi avadanlıq tələb edir. Biz bu problemi həll etmək üçün bütün səyləri edirik", - hərəkat bəyan edib.
HƏMAS 10 nəfərin meyitini geri qaytarıb, lakin daha 19 girov isə Qəzza zolağında qalıb.
Vasitəçilər xəbərdarlıq ediblər ki, anklavda baş verən geniş dağıntılar səbəbindən girovların meyitlərini çıxarmaq bir neçə həftə çəkə bilər. Misir artıq Qəzza zolağında ölən girovların meyitlərinin axtarışı və çıxarılması üçün işləyir.
Ötən gün ABŞ prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib ki, HƏMAS sülh sazişinin şərtlərinə və bütün meyitlərin qaytarılmasına dair razılaşmaya əməl etməzsə, İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzzada hərbi əməliyyatları bərpa etməyə icazə verə bilər.
HƏMAS iki girovun qalıqlarının olduğu tabutları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
"Report" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
BQXK meyitləri təhvil vermək üçün İsrailin Qəzzada yerləşən postuna yola düşüb. Bundan sonra identifikasiya prosedurları həyata keçiriləcək.
HƏMAS təhvil verilən girovların kimliyini açıqlamayıb.
HƏMAS iki girovun qalıqlarının olduğu tabutları Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
"Report" xəbər verir ki, bu barədə İDF məlumat yayıb.
BQXK meyitləri təhvil vermək üçün İsrailin Qəzzada yerləşən postuna yola düşüb. Bundan sonra identifikasiya prosedurları həyata keçiriləcək.
HƏMAS təhvil verilən girovların kimliyini açıqlamayıb.
HƏMAS bu gün daha iki ölən girovun meyitini təhvil verəcəyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" hərəkatın rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Təhvil-təslim İsrail vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 21:00) baş tutmalı idi.
Beynəlxalq Qızıl Xaç Komitəsinin yüksək rütbəli rəsmisi portala iki girovun meyitini alacaqlarını gözlədiklərini təsdiqləyib. HƏMAS onların adlarını açıqlamayıb.
HƏMAS daha əvvəl 8 nəfərin meyitini İsrailə qaytarıb.
İsrail bu gün daha bir neçə girovun meyitinin qaytarılmasını gözləyir.
"Report" xəbər verir ki, bu barədə İsrailin yüksək çinli rəsmisi "The Times of Israel"ə bildirib.
Daha əvvəl hazırkı Qəzza razılaşması çərçivəsində yeddi girovun, eləcə də bir naməlum şəxsin meyiti İsrail tərəfinə təhvil verilib.