İspaniyaya gedən 40-dan çox miqrant həlak olub
Digər ölkələr
- 06 avqust, 2021
- 20:35
Hüquq müdafiəçiləri İspaniyanın Kanar adalarına gedən yolda 40-dan çox miqrantın həlak olduğunu bildiriblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Sərhədləri keçərək" qeyri-hökumət təşkilatının rəhbəri Yelena Maleno özünün tvitterdəki hesabında bildirib.
Qayıq Daxla bölgəsində (Qərbi Saxara) sahildən ayrıldıqdan yarım saat sonra aşıb.
Məlumata görə, həlak olanlardan 30-u qadın, 8-i uşaq, 4-ü kişidir. Hadisə zamanı 10 nəfər sağ qalmağa müvəffəq olub.
Hüquq müdafiəçilərinin məlumatına görə, İspaniyaya gedən yolda cari ilin yalnız birinci altı ayı ərzində 2 087 miqrant həlak olub.
Son xəbərlər
06:18
Bakıda mağazada başlayan yanğın evlərə keçib
Hadisə06:08
Cənubi Afrikada turistlər üçün yeni elektron giriş sistemi tətbiq ediləcək
Digər ölkələr05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00