Oriol İlya: Dünyadakı şəhər aqlomerasiyalarının yalnız 18 %-i "metropolitan governance"ı tətbiq edir

Digər ölkələr
  • 22 may, 2026
  • 10:49
Oriol İlya: Dünyadakı şəhər aqlomerasiyalarının yalnız 18 %-i metropolitan governanceı tətbiq edir

Dünyadakı şəhər aqlomerasiyalarının yalnız 18 %-i mənzil siyasətini və xidmətlərin bölüşdürülməsini əlaqələndirməyə imkan verən metropoliya səviyyəsində idarəetmə (metropolitan governance) mexanizmlərinə malikdir.

"Report" xəbər verir ki, bu barədə "Area Metropolitana de Barcelona"nın nümayəndəsi Oriol İlya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, yaşayış hüququnu şəhər aqlomerasiyaları səviyyəsində planlaşdırma olmadan təmin etmək mümkün deyil, çünki mənzil bazarları çoxdan ayrı-ayrı bələdiyyələrin inzibati sərhədlərini aşıb.

"Mənzil siyasəti metropoliya səviyyəsində planlaşdırılmalı və həyata keçirilməlidir", - o deyib.

O qeyd edib ki, məhz mərkəzi şəhərlər və şəhərətrafı ərazilər arasında razılaşdırılmış idarəetmənin olmaması ərazi bərabərsizliyini və sərfəli mənzil çatışmazlığını gücləndirir.

44 filmi