İspaniyada barda silahlı insident olub, ölənlər var
Digər ölkələr
- 07 sentyabr, 2025
- 01:49
İspaniyanın Sevilya əyalətində barda baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
"Şənbə günü günorta Karmona bələdiyyəsinin (Sevilya əyaləti) Los Nietos urbanizasiyasında yerləşən barda silahlı insident nəticəsində iki nəfər ölüb, daha biri yaralanıb", - nəşr yazır.
Şahidlərin bildirdiyinə görə, əllərində silah olan iki silahlı şəxs bara girərək atəş açıb. İlkin məlumata görə, ölənlər müəssisənin sahibi və atəş açanları dayandırmağa çalışan ziyarətçilərdən biridir.
Qeyd olunur ki, hücumdan sonra iki şəxs şəhər istiqamətində qaçıblar, onların gizləndiyi yer müəyyənləşdirilir. Mülki Qvardiya araşdırmaya başlayıb.
Son xəbərlər
17:30
Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 13 % artırıb
Biznes17:28
Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır
Digər ölkələr17:25
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ekologiya17:23
"Hizbullah" ABŞ və İranın atəşkəs memorandumunu dəstəkləyib
Digər ölkələr17:17
Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqlayıb
Digər ölkələr17:17
Altınbek Rısbekov Qırğızıstanın energetika naziri vəzifəsinə təyin edilib
Region17:15
Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
Futbol17:06
Mixeil Kavelaşvili: Gürcüstan Qərbi Balkan regionu ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Region17:05