İspaniya Baş nazirinin qardaşına 9 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib

Digər ölkələr
  • 14 iyul, 2026
  • 15:41
İspaniya Baş nazirinin qardaşına 9 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib

İspaniyada məhkəmə Baş nazir Pedro Sançesin qardaşı David Sançes barəsində hökm çıxarıb və ona 9 il müddətinə dövlət qulluğunda vəzifə tutmağı qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.

Qeyd edilib ki, David Sançes əyalət şurasında vəzifəyə təyin olunarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bənzər hökmlər Badaxos əyalət şurasının keçmiş rəhbəri və Ekstremadurada sosialistlər bölməsinin keçmiş lideri Migel Anxel Qalyardo, eləcə də David Sançesin dostu Luis Karrero barəsində də çıxarılıb.