İsmayıl Haniyə: “HƏMAS İsraillə atəşkəs sazişi bağlamağa yaxındır”

Digər ölkələr
  • 21 noyabr, 2023
  • 04:18
İsmayıl Haniyə: “HƏMAS İsraillə atəşkəs sazişi bağlamağa yaxındır”

Fələstinin radikal HƏMAS hərəkatı və İsrail hakimiyyəti Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxındır.

“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin teleqramda dərc edilmiş açıqlamasında deyilir.

Onun sözlərinə görə, HƏMAS və İsrail Qəzzadakı müharibə şəraitində atəşkəs razılaşmasına daha yaxındırlar:

“HƏMAS öz cavabını Qətərə və digər vasitəçilərə verib”.