İraqın Baş naziri Vahid Ələkbərovla "LUKOİL"in neft hasilatının sabitliyini təmin etmək yollarını müzakirə edib

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 15:59
İraqın Baş naziri Vahid Ələkbərovla LUKOİLin neft hasilatının sabitliyini təmin etmək yollarını müzakirə edib

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani və Rusiya şirkəti "LUKOİL"in əsas səhmdarlarından olan Vahid Ələkbərov neft hasilatının sabitliyini təmin etməyə imkan verəcək həll yolları və mexanizmlərini müzakirə ediblər.

"Report"un İraqın Baş nazirinin ofisinə istinadən verdiyi məlumata görə, müzakirələr İraqda keçirilən görüş zamanı baş tutub.

"Görüş zamanı tərəflər şirkətin ABŞ Maliyyə Nazirliyi tərəfindən tətbiq edilən tədbirlərlə üzləşdikdən sonra neft hasilatının sabitliyini təmin etməyə imkan verəcək həll yolları və mexanizmlərini müzakirə ediblər ki, bu da onun investisiya müqavilələrinin həyata keçirilməsinə təsir göstərir. Həmçinin, neft tədarükü bazarının sabitləşdirilməsi və şirkətin "Qərbi Qurna-2" yatağında gündə təxminən 480 min barrel neft istehsal etdiyi üçün İraqın neft hasilatına töhfə vermək qabiliyyətinə təsir göstərməməsi məsələləri nəzərdən keçirilib", - məlumatda qeyd olunur.

Baş nazir İraqın sabit neft hasilatı həcmlərini qorumağa, həmçinin dünya neft bazarında sabitliyin qorunmasına sadiq olduğunu vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti