İraqda ABŞ-ın hava radarları quraşdırılacaq
Digər ölkələr
- 24 iyul, 2022
- 17:29
İraqda ABŞ-ın hava radarları quraşdırılacaq.
"Report" İNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Cuma İnada bildirib.
Onun sözlərinə görə, yaxın və orta mənzilli hədəflərin aşkarlanması üçün radar sisteminin tədarükü üçün müqavilə imzalanacaq.
ABŞ-ın qabaqcıl erkən xəbərdarlıq radarları ən qısa zamanda İraqa çatdırılacaq.
İnada əlavə edib ki, hava hücumundan müdafiə komandanlığı mərkəzi yeni radar sisteminə qoşulacaq.
Qeyd edək ki, iki yüksək aşkaredici radar artıq ölkəyə gətirilib, onlar Ənbar və Qadisiya əyalətlərində yerləşdiriləcək. ABŞ-ın daha bir neçə radar sistemi Neynəva, Bəsrə və Kərkük əyalətlərində quraşdırılacaq.
Son xəbərlər
17:28
Lənkəranda meşədə iki nəfərin meyiti tapılıb
Hadisə17:24
"Sevilya" Robbi Yurun keçidini rəsmiləşdirib
Futbol17:20
Ekspert: "Açıq mənbələrdən məlumatların kütləvi toplanılması ilk növbədə maliyyə riski yaradır"
İKT17:19
ABŞ Oman körfəzində gəmiyə hücum edib
Digər ölkələr17:14
Kataniya aeroportu Etna vulkanının püskürməsi səbəbindən bağlanıb
Digər ölkələr17:12
Şüvəlanda bir il əvvəl itkin düşmüş ahıl qadının qətlə yetirildiyi məlum olub, oğlu tutulub
Hadisə17:09
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Digər ölkələr17:05
Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib
Digər ölkələr17:00