İranın XİN başçısı ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

Digər ölkələr
  • 16 yanvar, 2026
  • 01:55
İranın XİN başçısı ilə BMT-nin baş katibi arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Əraqçi İslam Respublikasının ölkədəki son hadisələrlə bağlı mövqeyini açıqlayıb. XİN rəhbəri bidirib ki, iqtisadi və həmkarlar ittifaqı məsələləri ilə bağlı keçirilən dinc etirazlar terrorçu elementlərin müdaxiləsindən sonra zorakılıqlara çevrilib.

XİN başçısı eləcə də iğtişaşlar zamanı törədilən cinayətlər, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarına, eləcə də mülki şəxslərə hücumlar, yanğınlar, xəstəxanalara və səhiyyə mərkəzlərinə hücumlar, təcili yardım maşınlarının və yanğınsöndürən maşınların yandırılması, məscidlərin və mədəniyyət mərkəzlərinin dağıdılmasından danışıb.

İranın xarici işlər naziri BMT-ni "ABŞ-nin qanunsuz müdaxilələrini" pisləməyə çağırıb.

Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da İran rialının kəskin şəkildə düşməsi ilə başlayan küçə etirazlarından sonra başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları təxminən hüquq-mühafizə orqanlarının 40 əməkdaşının ölümü barədə məlumat verib. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ni təqsirləndirib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirməsi barədə xəbərdarlıq edib.

Son xəbərlər

Bütün Xəbər Lenti