İran XİN dünya ölkələrini ABŞ-nin sanksiyalarını dəstəkləməməyə çağırıb

Digər ölkələr
  • 28 avqust, 2026
  • 15:24
İran XİN dünya ölkələrini ABŞ-nin sanksiyalarını dəstəkləməməyə çağırıb

Bütün ölkələr ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara əməl etməkdən çəkinməlidirlər.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İranın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, onların icrasında iştirak bir dövlətin qeyri-qanuni iradəsinin müstəqil ölkələrə məcbur qəbul etdirilməsinə kömək etməyə bərabərdir.

Nazirlik ABŞ-nin yeni iqtisadi sanksiyalarını "qanunsuz və qınanılası" adlandırıb.

XİN iddia edir ki, bu tədbirlər milyonlarla mülki şəxsin sağlamlığı və dolanışığı üçün ciddi təhlükə yaradır.

İran XİN beynəlxalq ictimaiyyəti qanunun aliliyinə riayət etməyə çağırıb və bildirib ki, Tehran "ABŞ və İsrailin birgə hərbi və iqtisadi hücumu"ndan qorunmaq üçün bütün imkanlarını işə salacaq.

44 - Tezliklə