İran səfirinin müavini Hörmüzdəki hücumlarda dənizçinin ölümü ilə bağlı Hindistan XİN-ə çağırılıb

Digər ölkələr
  • 14 iyul, 2026
  • 11:47
İran səfirinin müavini Hörmüzdəki hücumlarda dənizçinin ölümü ilə bağlı Hindistan XİN-ə çağırılıb

Hindistan İranın bu ölkədəki səfirinin müavini Məhəmməd Cavad Hüseynini Oman sularında hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı Hindistan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Diplomat İranın neft tankerlərinə hücumlarına etirazın bildirilməsi üçün çağırılıb.

Məlumata görə, daha 8 nəfər yaralanıb, onlardan 6-sı Hindistan vətəndaşıdır.

Daha əvvəl xəbər verilmişdi ki, "Mombasa" və "Al Bahiyah" adlı iki tanker Hörmüz boğazının cənubunda, Oman sularında İranın qanadlı raketlərinin hücumuna məruz qalıb.

44 filmi