İndonezyada sərnişin təyyarəsi suya düşüb, ölənlər var
- 09 yanvar, 2021
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli TV-yə istinadən məlumat yayıb.
Hava gəmisində 6 ekipaj, həmçinin 6-sı uşaq olmaqla 59 sərnişin olub. Artıq təyyarənin qalıqları və ölənlərin meyitləri aşkar edilib.
15:00
İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, təyyarə “Sriwijaya Air”ə məxsusdur.
Məlumata görə, təyyarə Cakarta-Pontianak reysini həyata keçirirmiş. “Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.
İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.