İndoneziyada vulkan püskürüb, sakinlərə və turistlərə xəbərdarlıq edilib
Digər ölkələr
- 10 iyun, 2026
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı yenidən aktivləşib - bir sutka ərzində azı dörd püskürmə baş verib.
"Report" xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, kül vulkanın zirvəsindən 1,2 km yuxarı qalxıb. Yerli sakinlərə və turistlərə kraterdən 5 km radiusda uzaq durmaq barədə xəbərdarlıq edilib.
"Semeru" İndoneziyanın hündürlüyünə görə dördüncü vulkanı və Yava adasının ən yüksək nöqtəsidir.
Son xəbərlər
09:43
Foto
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
Fərdi09:35
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
Futbol09:34
MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb
Digər ölkələr09:05
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
Komanda08:53
EHF Avropa Kuboku: "Kür" bu gün APOEL-lə cavab oyununa çıxacaq
Komanda08:52
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Futbol08:38
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Digər ölkələr08:05
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə07:35